Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor” dərd içində

02:50 Türkiyə 98
Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor” dərd içində

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor” klub antirekorduna imza atıb.

Sportinfo.az xəbər verir ki, bunun üçün Türkiyə Superliqasında cəmi 2 oyun keçirmək kifayət edib.

İlk iki turda qapısından ümumilikdə 7 qol buraxan erzurumlular Superliqa tarixində ən uğursuz başlanğıcı edib.

Komanda ardıcıl olaraq “Amedspor”a 0:3, “Qalatasaray”a isə 0:4 hesabı ilə məğlub olub.

“Erzurumspor” 2018-19 mövsümünün ilk iki turunda da məğlub olmuşdu. Lakin həmin vaxt top fərqi belə olmuşdu – 3:6.

“Erzurumspor” 3-cü turda avqustun 28-də “Gənclərbirliyi”nin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!