Əsəbləri dözmədi, hakimi təhqir etdi - 3200 manat ödəcəyək

26 Avqust 2021 13:20 Səbail 1 038
Əsəbləri dözmədi, hakimi təhqir etdi - 3200 manat ödəcəyək

AFFA İntizam Komitəsi "Keşlə"nin futbolçusu Şəhriyar Əliyevi 4 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 29 yaşlı müdafiəçinin "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın II tur matçının 90+5-ci dəqiqəsində hakimi təhqir etməsi səbəb olub.

Paytaxt təmsilçisi bunun üçün 3200 manat ödəcəyək. Komitə "Qəbələ"ni isə 800 manat məbləğində cərimələyib. "Qırmızı-qaralar"ın 4 oyunçusu həmin görüşdə sarı vərəqə alıb.

Bundan əlavə, "Neftçi" klubu da 800 manat məbləğində ziya düşüb. "Ağ-qaralar"ın 5 futbolçusu səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti