Qoy o məşqçini önünə, səhərə kimi halına ağla!

24 Avqust 2021 17:00 Səbail 986
Qoy o məşqçini önünə, səhərə kimi halına ağla!

«Səbail» Premyer Liqanın kasıbıdır. AFFA ən aşağı büdcəni onlara ayırıb.

Sıradan legionerə 2500-4000 dollardan artıq maaş təklif edə bilmirlər.

Sayı da çox ola bilməz əcnəbi futbolçuların. Vur-tut 3-4 nəfər. Aftandil Hacıyev üçünü tapıb, qalıb biri. Onu da tapar, ya tapmaz, bu da sual altındadır.

Belə ağır şərtlər altında mövsümə başlayan baş məşqçinin ümidi karyerasının qürub çağını yaşayan yaşlıları, başqa klublarıın qapısıından içəri alınmayan gəncləri hazırlamaqdır.

Kiçik klublarda bu işi görmək zülmdür. Öncəki illərdən maliyyə problemləri də qalbsa, qoy, o məşqçi önünə, səhərə kimi halına ağla! Söz-söhbətləri yığıb-yığışdırmaq, qabağını almaq yorucu və bezdiricidir.

Bu dəmdə «Qarabağ»la oynayırsansa, ilk qol epizodunu yaxalamaq üçün 1 saat gözləməli olursan.

Müdafiə xəttinin mərkəzində Adil Nağıyev yer alırsa, ehtiyatlı tərpənib, «volidol»u cibində hazır saxlamalısan.

Qapında Kamran Ağayev dayanıbsa, ondan seyv də gözləyə bilərsən, inanılmaz səhv də. Filip Ozobiçin vurduğu üçüncü qolda olduğu kimi.

Üç-dörd il öncəki Kamran o topu bir əllə çıxarardı. İndiki Kamran iki əlinin arasından o topun toru silkələməsini sakitcə seyr edir, hətta gülümsünür də.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!