"Səbail"in zədəli futbolçusu Şəhriyar Rəhimovun yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.
Sportinfo.az-ın məlumatına görə, təcrübəli oyunçu təxminən 2 həftə sonra komandası ilə məşqlərə qoşula biləcək.
Milli komandamızın sabiq üzvü "Səbail"in Gürcüstan toplanışının sonuna yaxın ciddi zədə almışdı.
Rəhimov bu səbəbdən komandasının Premyer Liqadakı ilk iki görüşündə də çıxış edə bilməyib.

