"Qarabağ"ın adı gəldisə, bəs edir"

22 Avqust 2021 17:40 Səbail 753
"Qarabağ"ın adı gəldisə, bəs edir"

"İlk turda əla mübarizə apardıq. Düzdü, yaxşı oyun göstərə bilməsək də, əsas odur yaxşı nəticə qazandıq. Uşaqlar əziyyət çəkdi, sona kimi vuruşdular".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib.

Təcrübəli futbolçu bu gün qarşılaşacaqları "Qarabağ"la bağlı isə nəsə deməyə ehtiyac olmadığını bildirib:

"Bu tur rəqibimizi çempionatın fovariti "Qarabağ"dır. "Qarabağ" haqqında nəsə deməyə ehtiyac yoxdur. Adı gəldisə elə bu bəs edir. Oyuna ciddi hazırlaşmışıq.

Yaxşı nəticə qazanmaq istəyirik. Çempionata uğurlu start vermişik. Bunun davamını gətirmək istəyirik. Baxmayaraq ki, rəqib "Qarabağ"dır. Biz onlardan çəkinmirik. Digər oyunlar hazırlaşdığımız kimi hazırlaşmışıq".

İlk turu buraxmaq məcburiyyətində olan Nağıyev bu gün meydana çıxmağa hazır olduğunu deyib:

"İlk turu cəza səbəbindən buraxmalı oldum. Hazırda yaxşı formadayam. Hazırlıq dönəmində bütün oyunları meydanda oldum.

İnşallah, bu gün məşqçi əsas heyətdə şans versə əlimdən gələni etməyə hazıram. Mənim üçün çempionat "Qarabağ"la oyundan başlayır. Mən və komanda yoldaşlarım yaxşı nəticə üçün meydana çıxacaq".

Digər Xəbərlər
Xəbər Lenti