AFFA “Səbail”ə yeni prezident tapdı?

20 Avqust 2021 11:20 Səbail 1 232
AFFA “Səbail”ə yeni prezident tapdı?

“Sabail”in idarəçiliyin AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadəyə tapşırılması gündəmdədir.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, hazırda bu məsələ rəhbərlik səviyyəsində müzakirə olunur.

Həsənzadə “Sabail”ə yad sima deyil. O, 2016-cı ilin yayından - klubun yaradıldığı tarixdən rəsmi heyətdə yer alır.

Açıq qalan məsələ yalnız budur: Həsənzadə “Sabail”in prezidenti postuna əyləşsə, AFFA-da işi necə olacaq?

Axı federasiya hələ 2 il öncə bu praktikadan imtina edib. Həm qurumda, həm də klubda çalışanlara seçim imkanı verilib: ya ora, ya da bura.

Digər Xəbərlər
Xəbər Lenti