"Hər keçən gün Bakıda özümü daha yaxşı hiss edirəm" - Litvalı legioner

17 Avqust 2021 16:00 Səbail 726
"Hər keçən gün Bakıda özümü daha yaxşı hiss edirəm" - Litvalı legioner

"Komandamız çempionata qələbə ilə başladığı üçün xoşbəxtəm.

3 xal üçün mübarizə apardıq və istəyimizə çatdıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Domantas Şimkus deyib.

Yaxınlarda “dənizçilər”lə 1 illik müqavilə bağlayan litvalı legioner “Sabah” üzərində qazandıqları 1:0 hesablı qalibiyyətdən danışıb. Baltikalı hər keçən gün ölkəmizdə özünü yaxşı hiss etdiyini bildirib:

"Qələbələrin davamını gətirmək üçün əlimizdən gələni edəcəyik. Hər oyuna maksimum konsetrasiya olacağıq.

Hər keçən gün özümü daha yaxşı hiss edirəm. Ən yaxşı idman formamı yığmaq üçün öz üzərimdə çox çalışıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti