Bir qarını ac, bir qarını tox - Böyük pulları heç yuxularında da görmürlər

16 Avqust 2021 15:00 Səbail 840
Bir qarını ac, bir qarını tox - Böyük pulları heç yuxularında da görmürlər

Kamran Ağayev, Rahid Əmirquliyev, Rauf Əliyev, Əfran İsmayılov, Məhəmməd Mirzəbəyov…

Vaxtilə millinin formasını geyinmiş, avropalı ulduzlarlı meydanda üz-üzə gəlmiş, indi isə karyerasının qürub çağbını yaşayan bir toplu.

Onları bir dəyər birləşdirmir. Onlar, sadəcə, futbolsuztopsuz qalmamaq, öz «qurd»larını öldürmək və nəhayət, Aftandil Hacıyevə dəstək olmaq üçün bir aradadır.

İndi onlar böyük pulları heç yuxularında da görmürlər. O pullara bir də əllərininin dəyəcəyinə də inanmrlar.

Həmin günlər arxada qalıb, çox arxada qalıb. Beş manat olsun, bu gün olsun, min bərəkət – bu istəyin işığına, istisinə yığışıblar.

Və həmin bu «qoca toplum»un ətrafında cəm olan gənclər 3 legionerlə birgə kölgədən çıxır, hay-hayı gedib, vay-vayı qalmış «Səbail»i yaşadır, ona qələbə qazandırır.

Yaşlılarla cavanların bir yerə yığışması hələ onun komanda olması demək deyil. Bir çox belə pis nümunələr görmüşük.

Bir də «Səbail»i görürük vitrində.

Bir qarını ac, bir qarını tox, amma mübarizkar və təmizkar. Oyunu və intizamı səliqəli. Tərzi yumşaq, fəqət, əzmi yüksək.

Belə başlayıblarsa, yəqin ki, irəlidə çox düşüş yaşamazlar. Yetər ki, maliyyə problemləri bir qədər səngisin, fikirləri dağılmasın, dağda-daşda qalmasın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda