Komandaya vəd veriblər –Az-çox pul alacaqlar

16 Avqust 2021 02:24 Səbail 628
Komandaya vəd veriblər –Az-çox pul alacaqlar

Sportinfo.az xəbər verir ki, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu (1:0) şərh edib.

- İlk oyunlar hər zaman həyəcanlı keçir. Maraqlı oyun alındı. “Sabah”la səfər matçının ağır olacağını bilirdik. Heyətimizə yeni oyunçular cəlb etdik. Hələ komplektləşməmişik. Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Bu oyunu unudub, növbəti matça köklənməliyik.

- Qələbəyə görə mükafat olacaq?

- Rəhbərlik bu qələbəmizin dəyərləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, bu qələbə dəyərləndiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti