"Rəhbərlik qələbəmizə mükafat söz verib" - Aftandil Hacıyev

14 Avqust 2021 20:50 Səbail 705
"Rəhbərlik qələbəmizə mükafat söz verib" - Aftandil Hacıyev

"İlk oyunlar hər zaman həyəcanlı keçir. Maraqlı qarşılaşma alındı. "Sabah"la səfər matçının ağır olacağını bilirdik".

Sportinfo.az xəbər verir ki, bunları "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis heyətin tam komplektləşmədiyini bildirib: Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Heyətimizə yeni oyunçular cəlb etmişik. Bu oyunu unudub, növbəti matça köklənməliyik".

O, qələbəyə görə mükafat veriləcəyini istisna etməyib: "Rəhbərlik bu qələbəmizin qiymətləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, mükafat olacaq". (Report)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"