"Səbail"də ciddi problem

14 Avqust 2021 16:00 Səbail 900
"Səbail"də ciddi problem

"Səbail" "Sabah"la oyuna ciddi itki ilə çıxacaq.

Sportinfo.az-ın məlumatına görə, Bayıl təmsilçisinin əsas futbolçularından sayılan Adil Nağıyev Azərbaycan Premyer Liqasının ilk turunu cəza səbəbindən buraxacaq.

Mərkəz müdafiəçisi ötən mövsümün son turunda "Sumqayıt"la baş tutan qarşılaşmada qırmızı vərəqə alıb.

"Sabah" - "Səbail" görüşü bu gün 18:30-da "Bank Respublika Arena"da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi