"Samtredia"nın oyun sxeminə uyğunlaşa bilmədim".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Gürcüstandan klubundan gözlənilməz ayrılığına münasibət bildirən Ruslan Hacıyev deyib.
23 yaşlı futbolçu müqavilənin sonuna kimi qonşu ölkdə qalmağı vaxt itkisi sayıb: "Məşqlərinə qoşulduğum qısa müddətdə mənə uyğun komanda olduğunu gördüm. Müqaviləm başa çatana kimi qalmağımın vaxt itkisi olacağını düşündüyüm üçün ayrılmaq qərarı verdim".
Yeni mövsümü "Səbail"də keçirəcəyi rəsmiləşən Ruslan legioner həyatı yaşamaq arzusunu yenidən gercəkləşdirəcəyinə inanır: "Legioner həyatı yaşamaq üçün yenidən cəhd edəcəm. Təəssüf ki, ilk cəhdim mənim üçün xoş olmayan sonluqla bitdi. Amma gələcəkdə uğurlu Avropa karyerası yaşamağa çalışacam".

