"Menecerim "Səbail" variantı olmasını deyincə, danışıqlar aparmasını istədim".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yeni transferi Yurgen Qoxa deyib.
Albaniyalı müdafiəçi başqa təklifləri olduğunu, amma ölkəmizdə çıxış etmək istədiyini bildirib:
"Azərbaycanda başqa bir klubdan təklif olacağına inanmırdım. Albaniyada və başqa ölkələrdən təkli vardı. Mən Azərbaycanda oynamaq istəyirdim".
Ötən mövsümü "Qəbələ"də keçirmiş 28 yaşlı müdafiəçi yeni mövsüm üçün ümidli danışıb:
"Yeni mövsüm komandama müdafiədə yaxşı kömək edəcəyimə ümid edirəm. Hücumda isə ötən ildəkindən daha çox qol vurmağa çalışacam".

