Legioner həyatını erkən bitirib, "Səbail"ə qayıtdı

9 Avqust 2021 09:00 Səbail 1 646
Legioner həyatını erkən bitirib, "Səbail"ə qayıtdı

Yeni mövsümə hazırlığı davam etdirən "Səbail" daha bir futbolçu ilə güclənib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisi sabiq futbolçusu Ruslan Hacıyevi yenidən heyətinə qatıb.

Son 3 mövsümü bu komandada keçirən gənc yarımmüdafiəçi legioner həyatı yaşamaq üçün Gürcüstana getmişdi.

Hacıyev ötən ay transfer olunduğu "Samtrediya"dan qarşılıqlı razılıq əsasında ayrılıb.

O, qarşıdakı 1 ili də "Səbail"də keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti