«Mən hər üç legionerin burada qalmasına tərəfdar idim».
Bu sözləri Sportinfo.az-a açqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.
O, bu yay komandanı tərk edən Ali Sisay, Nikolas Hagen və Hendrik Eştyen barədə danışıb.
Sitat: «Sisay hamıdan əvvəl buradan getdi. Ona yeni müqavilə təklif etməyə fürsət də olmadı. Hagenlə Ekşteyn isə şərtlərimizlə razılaşmadı.
Daha yaxşı şərtlərlə başqa təkliflər aldılar. Məni sevindirən yeganə məqam odur ki, yolu «Səbail»dən keçən legionerlərə maraq böyükdür.
Demək ki, seçimdə səhvə yol verməmişik, onların burada qiyməti bir qədər də qalxıb».

