Aftandil Hacıyev "hə" desə...

4 Avqust 2021 17:00 Səbail 1 193
Aftandil Hacıyev "hə" desə...

Turan Manafov yenidən "Səbail"də çıxış edə bilər.

Sportinfo.az-ın məlumatına görə, yaxın günlərdə 22 yaşlı müdafiəçi ilə baş məşqçi Aftandil Hacıyev arasında söhbət olacaq. Əgər gənc mütəxəssis "hə" deyərsə, Manafov yenidən "Səbail"in formasını geyinəcək.

Turan son mövsümü elə Bayıl təmsilçisinin heyətində keçirib. O, meydanda çıxdığı 30 görüşdə 2 qol vurmağı bacarıb.

Mövsüm başa çatandan sonra komandadan ayrılmaq istəyi legioner həyatı yaşamaq arzusu ilə bağlı olub. Futbolçumuzun bu cəhdi uğursuz olunca, yenidən "Səbail"lə qayıtmağa qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti