“Baxım, büdcədə pul qalıbmı?”

4 Avqust 2021 20:00 Səbail 1 137
“Baxım, büdcədə pul qalıbmı?”

“Hələlik iki legioner transfer etmişik, amma ardı gəlməlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Litvalı yarımmüdafiəçi Şımkus Domantas və albaniyalı müdafiəçi Yurgen Qoxa “dənizçilər”lə 1 illik müqavilə imzalayıb.

Gənc mütəxəssis bildirib ki, indi daha 2 əcnəbi futbolçunun yolunu gözləyir:

“Mərkəz müdafiəçisi və hücumameylli yarımmüdafiəçi gətirmək istəyirik. Bu mövqelər üzrə bir neçə namizəd var, sadəcə, hələ danışıqlar bitməyib.

Biz şərtlərimizi demişik, baxaq, nə cavab gələcək. Bir də hücumçu transferi istərdim. Bu da rəhbərlikdən asılıdır.

Onlarla danışacam, baxım, büdcədə pul qalıbmı? İmkan çatsaydı, əla olardı. Çünki yeni hücumçu komandaya çox lazımdır.

Bu yay ayrılanlar çox oldu. Gedənlərin yerini doldurmaq heç də asan deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!