Azərbaycanlı futbolçu 10 il sonra ata ocağında - FOTOLAR

3 Avqust 2021 19:00 Səbail 1 209
Azərbaycanlı futbolçu 10 il sonra ata ocağında - FOTOLAR

Yeni mövsümə hazırlaşan "Səbail" Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə döndü.

Kollektiv qonşu ölkədə məşqlərlə bərabər istirahət etməyi də unutmurdu.

Komanda üzvlərinin belə günlərdən birini Əfran İsmayılovun ata ocağında keçirməsini xəbər vermişdik.

Yarımmüdafiəçi atdığı həmin addımla bağlı Sportinfo.az-a danışıb: "Hazırda həmin evdə əmimgil qalır. Ora getmək çoxdankı arzum idi.

Çünki 10 ilə yaxın olar getmək qismət olmurdu. Son dönəmlər də pandemiyaya görə gedə bilmirdim. Qismət oldu getdim.

Komandamız məskunlaşdığı oteldən ora 1 saatlıq yol olardı. Düşündüm ki, elə komanda yoldaşlarımı da özümlə aparım. Yaxşı istirahət eləsinlər. Həm ata yurdumu görmüş oldum, həm uşaqlar bir gün yaxşı istirahət elədilər".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı