"Səbail" Litva millisinin yarımmüdafiəçisini transfer etdi

29 İyul 2021 22:20 Səbail 886
"Səbail" Litva millisinin yarımmüdafiəçisini transfer etdi

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" litvalı yarımmüdafiəçi Şımkus Domantası transfer edib.

Ölkəsinin əsas yığmasında da çıxış edən 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Danimarkada "Olborq", Litvada "Atlantas" və "Jalgiris" komandalarının formasını geyinən futbolçunun son klubu İsrailin "Hapoel" (Kfar-Sava) kollektivi olub. O, milli komandada 5 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!