AFFA tanınmış futbol adamını bu klubun prezidenti postunda görür

11 İyul 2021 19:00 Səbail 2 041
AFFA tanınmış futbol adamını bu klubun prezidenti postunda görür

«Neftçi» və «Keşlə»nin sabiq idman direktoru Ceyhun Sultanov tezliklə klub təsərrüfatına dönə bilər.

Bu barədə Sportinfo.az-a AFFA-dan məlumat daxil olub.

Redaksiyamıza verilən bilgiyə görə, adıçəkilən funksionerin «Səbail»in başına gətirilməsi məsələsi müzakirə olunur.

Belə ki, Tamerlan Abdullayevdən sonra klubun prezidenti postuna onun namizədliyi gündəmdədir.

Bildirilib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun bununla bağlı Ceyhun Sultanovu qəbul etməsi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti