AFFA Premyer Liqa klubunun xahişini geri çevirdi

30 İyun 2021 09:40 Səbail 1 182
AFFA Premyer Liqa klubunun xahişini geri çevirdi

AFFA «Səbail»in müraciətini geri çevirib.

Söhbət «ASCO Arena»nın qazonunun dəyişdirilməsi ilə bağlı təklifdən gedir.

Belə ki, Bayıl klubu bir neçə ildir istifadə olunan süni ot örtüyünün tatamilə sıradan çıxması barədə federasiyanı məlumatlanıdırıb.

“Dənizçilər” yararsız vəziyyətə düşən qazonun futbolçuların zədələnməsinə səbəb olduğunu bildirib, artıq burada oyun keçirməyin təhlükəli hal alması haqda xəbərdarlıq edib.

Lakin AFFA bu məqamları ciddiyə almayıb. Federasiya «3 ulduz» lisenziyası almış süni ot örtüyünün istifadə müddətinin 5 il olmasını və ona 1 il qalmasını əsas gətirib.

Klub yönəticilərinin diqqətinə çatdırılıb ki, hazırda bununla bağlı heç bir yeni planları yoxdur və büdcədən də əlavə vəsaitin ayrılması nəzərdə tutulmur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti