"Səbail"dən ayrılan cənubi afrikalı futbolçu Hendrik Ekşteynin yeni klubu bəlli olub.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsindəki "Orlando Pirates"də davam etdirəcək.
Artıq futbolçu ilə klub arasında ilkin razılıq da əldə edilib.
Azərbaycanda "Sabah"ın da formasını geyinmiş Hendrik Ekşteyn ötən ilin yanvarından "Səbail"in formasını geyinib.