Premyer Liqa təmsilçisində 7-ci yeni müqavilə

19 İyun 2021 18:00 Səbail 1 063
Premyer Liqa təmsilçisində 7-ci yeni müqavilə

“Səbail”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə müdafiəçi Adil Nağıyevlə yeni müqavilə imzalandığını açıqlayıb.

Anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha bir il Bakı təmsilçisinin formasını geyinəcək. Bu isə yay fasiləsində “Səbail”də 7-ci yeni müqavilədir.

Buna qədər baş məşqçi Aftandil Hacıyevlə yanaşı, Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov, Əfran İsmayılov və Rauf Əliyev sazişə qol çəkib.

“Səbail” Ali Sesay, Ruslan Hacıyev, Urfan Abbasov, Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze və Amil Yunanovla yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!