“Ora getməyə maliyyəmiz çatmır, baha başa gəlir”

18 İyun 2021 19:00 Səbail 789
“Ora getməyə maliyyəmiz çatmır, baha başa gəlir”

“Səbail” yay hazırlıq dönəmini ölkə xaricində keçirməyi planlaşdırır.

Bu barədə Sportinfo.az-a baş məşqçi Aftandil Hacıyev bildirib.

Onun sözlərinə görə, Gürcüstana səfər nəzərdə tutulub:

“Əslində, Türkiyəyə yollanmaq yaxşı olardı. Hər halda orada sparrinq tapmaq daha asandır.

Amma Türkiyəyə getməyə maliyyəmiz çatmır. Ora təyyarə ilə getmək olar, o da həmişəkindən xeyli baha başa gəlir.

Gürcüstana isə avtobusla getmək olur. Qoy görək, Gürcüstanda rəqib tapa biləcəyikmi? Tapmasaq, Qəbələyə səfər edəcəyik. Yəni ki, bu ikisi arasında seçim edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!