"Aftandil müəllimlə arada heç bir inciklik ola bilməz" - "Səbail"dən ayrılan hücumçu

17 İyun 2021 20:20 Səbail 695
"Aftandil müəllimlə arada heç bir inciklik ola bilməz" -

"Səbail"də büdcənin azaldılması məsələsi vardı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Bakı təmsilçisindən ayrılan Amil Yunanov deyib.

"Sumqayıt"dan ayrıldıqdan son bir müddət futbolsuz qalan, amma "Səbail"in dəvətindən sonra geri qayıdıb, yaxşı performans göstərən futbolçu buna görə Aftandil müəllimə təşəkkür edib: "Səbail" yenidən özümə gəlməyimdə çox böyük rol oynadı. Hər şeyə görə başda Aftandil müəllim olmaqla hər kəsə təşəkkür edirəm. Orda qalmağı çox istərdim. Amma özümü başqa yerlərdə sınamaq istədim".

28 yaşlı futbolçu "ayrılığa görə Aftandil müəllimlə aranızda narazıçılıq oldumu" sualına belə cavab verib: "Aftandil müəllimlə danışığımız oldu. Arada heç bir inciklik ola bilməz. Özü də futbolçu olub. Hər şeyi başa düşən insandır. Bir yerdə işləyib buna şahid oldum. İnşallah qismət olar yenidən bir yerdə çalışarıq".

Yunanov sonda gələcək karyerasından da söz açıb: "Hazırda Türkiyəyə gedəcəyimlə bağlı dəqiq nəsə yoxdur. Düzdü, menecerlər vasitəsilə bəzi təkliflər olub. Amma hələ gözləyirəm, görüm, necə olacaq. Yerli klublardan da təkliflər var. Amma indi çox şey danışmaq istəmirəm".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı