"Hazırda növbəti mövsümlə bağlı bir çox məsələlərin müzakirəsi davam edir”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Səbail”in baş məşqçisi Aftandil Hacıyevə məxsusdur.
Bayıl klubu ilə müqavilə müddətini daha 1 il uzadan gənc çalışdırıcı maliyyə probleminin həllinə çalışdıqlarını bildirib:
“Biz də çalışırıq bu problemlər həllini tapsın ki, növbəti mövsüm stabillik olsun. Rəhbərliklə gələn mövsümlə bağlı bu il yaşadığımız problemlərin olmayacağına dair söhbətlər oldu.
Görüşlərə hər zaman ehtiyac var. Bu yöndə görüşlərimiz olacaq".

