Azərbaycan klubu 19 yaşlı legionerin transferinə hazırlaşır

13 May 2021 20:00 Səbail 1 630
Azərbaycan klubu 19 yaşlı legionerin transferinə hazırlaşır

Qvatemala mətbuatı "Səbail" haqda yeni iddia irəli sürüb.

Sportinfo.az xəbər verir ki, bu ölkədən olan həmkarlarımız Azərbaycan təmsilçisi Nikolas Hagenlə vidalaşmalı olacaq.

Bildirilir ki, ötən ilin senyabrından ölkəmizdə çıxış edən qapıçıya başqa ölkələrdən təklif gəlib və o, "dənizçilər"lə müqaviləsinin müddətini uzatmaq istəmir.

O iddia olunur ki, Bayıl klubu Hageni saxlaya bilməyəcəyini anlayıb və indidən bu mövqeyə namizədləri gözdən keçirir.

Onlardan biri "Minisipal"dan Kenderson Navarrodur. 19 yaşlı kiperin Qvatemala komandasıyla müqaviləsi gələn ay qüvvədən düşəcək və azad agent statusu alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı