"Bu günə qədər çətinliklərlə gəlib çıxmışıq" - Aftandil Hacıyev

8 May 2021 22:30 Səbail 554
"Bu günə qədər çətinliklərlə gəlib çıxmışıq" - Aftandil Hacıyev

"Çempionatda sona yaxınlaşırıq. Oyunlar gərgin keçir. Düşünürəm ki, psixoloji vəziyyətdə daha güclü olan qalib gəldi. Bu günə qədər çətinliklə gəlib çıxmışıq. Oyunçulara sərf etdikləri gücə görə təşəkkür edirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçi Aftandil Hacıyev evdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis oyun haqqında çox danışmaq istəmədiyini bildirib: "Rəqib qələbəyə layiq idi. Onlar təbrik edirəm".

Amil Yunanovu zədəyə görə əvəzlədiyini deyən Hacıyev qeyd edib ki, hücumçu həftəiçi məşqdə xəsarət alıb. O, oyunun sonlarında Rauf Əliyevin də zədələnməsinə üzüldüyünü vurğulayıb: "Hazırda Rauf xəstəxanaya gedib. Başında çoxlu açılma olduğundan, həkim müdaxiləsinə ehtiyac var".

Baş məşqçi komandada arxayınlığın olmadığını söyləyib: "Rəqib daha istəkli idi. Bizdə əhval-ruhiyyə o səviyyədə deyil. Digər komandalarla "Neftçi" və "Qarabağ" arasında uçurum var". (Report)

Digər Xəbərlər
Xəbər Lenti