"Müqaviləm mövsümün sonu başa çatır".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.
Təcrübəli futbolçu hazırda yeni müqavilə barəsində hələ düşünmədiklərini bildirib: "Hələki yeni müqavilə ilə bağlı danışıq olmayıb. Çünki komandanın vəziyyətinin necə olacağı bilinmir. Ona görə də müqavilə barədə düşünmürük. Mövsüm başa çatanda buna aydınlıq gələcək.
Hazırda fikrimiz yalnız qarşıdakı oyunlardadır. Yaxşı nəticələr qazanıb, yuxarı pillələrə qalxmaq istəyirik".
31 yaşlı futbolçu karyerasını bitirmək barədə isə hələ düşünmədiyini deyib: "Karyeramı bitirmək barəsində düşünmürəm. Oynamağa hələ gücüm var. İnşallah davam eləmək istəyirəm. Amma "Səbail"də olacaq, yoxsa başqa klubda bunu mövsümün sonu biləcəyik".