Premyer Liqa klubunun rəhbərliyi yenə aldatdı

1 May 2021 15:00 Səbail 1 536
Premyer Liqa klubunun rəhbərliyi yenə aldatdı

«Səbail» rəhbərliyi növbəti dəfə klubda çalışanları aldadıb.

Sportinfo.az-ın məlumatına görə, kollektivə verilən vəd onlar tərəfindən yerinə yetirilməyib.

«Dənizçimlər» fevral və mart aylarının maaşını almaq üçün müraciət etdikdə, məlum olub ki, hesaba 1 manat da köçürülməyib. Halbuki ödəmələr ötən gün həyata keçirilməli idi. Bu durum ən çox legionerlərə təsir edib.

Onlar rəsmiləri boykotla hədələməsələr də, bildiriblər ki, baş məşqçi Atandil Hacıyevə hörmət əlaməti olaraq «Qəbələ» ilə növbəti oyuna çıxacaqlar.

Eyni zamanda, elan ediblər ki, problema ən qsa zamanda əncam çəkilməsə, klubdan UEFA və FİFA-ya şikayət olunacaq.

Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?