İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir”, indi də “Sabah”

15 Aprel 17:00 Sabah 872
İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir”, indi də “Sabah”

“Sabah” Azərbaycan çempionatlarının 32 illik tarixində “Qarabağ”a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir” “Qarabağ”la ardıcıl matçlarda məhsuldarlıq göstərib.

Gəncə klubu 1994-cü ildə iki dəfə 4:1 hesablı qələbə qazanıb. 1998-ci ildə isə bu nəticələr fərqli olub – 3:2 və 3:0. “Kəpəz”in eyni ilə təsadüf edən qələbələri iki fərqli mövsümdə qeydə alınıb.

“Şəmkir” isə eyni - 2001/02 mövsümündə, 2001-ci ilin sonlarında iki dəfə “Qarabağ”a üç və ya daha çox qol vurub – 5:1 və 3:1.

Digər Xəbərlər
Xəbər Lenti