“Bunun bizə təsir etməsinə imkan verməməliyik”

5 Aprel 2024 14:00 Sabah 1 126
“Bunun bizə təsir etməsinə imkan verməməliyik”

“Tovuz səfəri həmişə çətin keçir və bu dəfə də istisna olmayacaq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın müdafiəçisi Con İrasabal deyib.

Masazır təmsilçisini Premyer Liqanın növbəti turunda “Turan Tovuz”la oyun gözləyir. İspaniyalı legioner ağır səfər qarşılaşması ilə bağlı düşüncələrini bölüşüb:

“Bu matç çox vacibdir və ona ciddi yanaşırıq. Meydanın süni örtüklü olmasını xüsusi qeyd etməliyəm.

Meydana da uyğunlaşmalı və bu amilin oyunumuza təsir etməsinə imkan verməməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq