"Qarabağ"ın qapısını döydülər - Təzminat ödəyək, onu bizə geri qaytarın

4 Fevral 11:40 Sabah 12 795
"Qarabağ"ın qapısını döydülər - Təzminat ödəyək, onu bizə geri qaytarın

Aleksey İsayev "Qarabağ”dan ayrıla bilər. "Sabah" keçmiş futbolçuçusunun xidmətində maraqlıdır.

"Bayquşlar" yarımmüdafiəçinin mümkün transferi ilə bağlı "köhlən atlar"ın qapısını döyüb.

Masazır təmsilçisi 29 yaşlı orta sahə oyunçusunu geri qaytarmaq üçün təzminat ödəməyə hazır olduqları barədə qarşı tərəfi məlumatlandırıb.

Yığmanın üzvü 2024-cü ildən Ağdam komandasının formasını geyinir. Onunla 3,5 illik müqavilə imzalanıb.

"Qarabağ" 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinmiş Alekseyi 500 min dollar kompensasiya qarşılığında sıralarına qatıb.

Bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış etmiş İsayev geridə qalan 1 il ərzində "Qarabağ"da ilk "11-lik"də möhkəmlənə bilməyib.

Millinin oyunçusu bu müddətdə əsasən Premyer Liqada meydana çıxıb, avrokubok matçlarında az-az görünüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var