"Sabah" 5-ci oldu - İtaliyada keçirilən "Ravenna Cup"da

2 Aprel 2024 08:50 Sabah 594
"Sabah" 5-ci oldu - İtaliyada keçirilən "Ravenna Cup"da

İtaliyanın Ravenna şəhərində, "Ravenna Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-13 komandası son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz pley-off mərhələsində İtaliyanın "Monteserra" klubuyla qarşılaşıb.

Qolsuz bərabərliklə başa çatan matçın penaltilər seriyasında məğlub olan Nasir Nəsirlinin yetirmələri turnirdə çıxışını başa vurub.

"Monteserra" yarışın qalibi olub. "Sabah" isə "Ravenna Cup"ı 35 komanda arasında 5-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi