"Sabah” Premyer Liqada uğursuz çıxışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda 6-cı turun bu gün keçirilən oyununda “Qarabağ”a 0:2 hesabı ilə uduzub.
Bu, Mazasır klubunun Premyer Liqada ardıcıl 3-cü məğlubiyyəti olub. Son 3 matçda onlar bir qol belə vura bilməyiblər.
Ümumiyyətlə, “Sabah” son 4 oyunda qələbə qazana bilmir. Onlar 12 mümkün xaldan cəmi 1 xal yığıblar.
Komanda son dəfə Premyer Liqada avqustun 6-da - ilk turda “Qəbələ”yə qarşı görüşdə 3 xala sevinə bilib.
Sonrakı 4 görüşdən 1-də heç-heçə, 3-də isə məğlubiyyət qeydə alınıb. “Sumqayıt”la 2-ci tura təyin olunan matç isə təxirə salınıb.
Qeyd edək ki, hazırda “Sabah” 5 oyundan 4 xalla turnir cədvəlində 8-ci yeri tutur.