Bu kənd 33 ildən sonra çempionat oyununa ev sahibliyi edəcək - VİDEO

08:50 II Divizion 110
Bu kənd 33 ildən sonra çempionat oyununa ev sahibliyi edəcək - VİDEO

Sabirabad rayonunun Bulaqlı kəndində yerləşən “Marafon” stadionu 33 ildən sonra yenidən futbolsevərlərin ixtiyarına veriləcək.

Sportinfo.az xəbər verir ki, uzun illər istifadəsiz qalan stadion əsaslı şəkildə təmir olunub.

Artıq Peşəkar Futbol Liqasının (PFL) rəsmi nümayəndələri də stadiona baxış keçirərək burada yaradılan şəraiti qənaətbəxş hesab ediblər.

Bərpadan sonra stadionda ilk futbol qarşılaşması oktyabrın 8-də keçiriləcək. Qarşılaşmada “Dinamo” (Bakı) və “Marafon” (Sabirabad) üz-üzə gələcək.

Beləliklə, 33 illik fasilədən sonra Bulaqlı kəndində futbol həyəcanı yenidən yaşanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!