Milliyə nə qədər pul vəd edilib? - "Araz-Naxçıvan"nın problemi həll olundu: VİDEO

11:40 Hadisə 153
Milliyə nə qədər pul vəd edilib? - "Araz-Naxçıvan"nın problemi həll olundu: VİDEO

"Sportinfo TV"də yayımlanan "Sport Xəbər"in növbəti buraxılışı efirə gedib.

Aytən Mustafayevanın təqdimatında izləyicilərin görüşünə gələn verlişdə bir neçə məlumat diqqətə çatdırılb.

Bildirilib ki, sosial şəbəkələrdə Azərbaycan millisinin futbolçularına Litva üzərində 1:0 hesablı qələbəyə görə 10 min manat mükafat veriləcəyi ilə bağlı məlumat yayılıb.

İddialara əsasən, oyunda sonradan meydana çıxanlar müəyyən edilmiş məbləğin 75 faizini, matçı ehtiyat skamyasından izləyənlər isə 50 faizini alacaqlar.

SayTımızın araşdırmasına görə, bu xəbərlər həqiqəti əks etdirmir. Mükafat olacaq, o da bir halda.

Komanda noyabrda Lixtenşteyndə keçiriləcək son turun matçında da 3 xal əldə edərsə, bax onda! Həmin vaxt AFFA tərəfindən ödəniləcək məbləğin adambaşına düşən hissəsi isə kfiayət qədər yüksək olacaq.

Hər futbolçuya minimum 40 min manat veriləcək. Bu rəqəmin daha 10 min artırılması da mümkündür.

Komandamıh hazırda UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda beş xalla liderdir. Aktivində dörd xal olan Litva ikinci, Lixtenşteyn isə bir xalla üçüncüdür.

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb. Bu haqda qərar onun iştirakı ilə LFF prezidenti Edqaras Stankeviçyus və federasiyanın texniki direktoru Deyvidas Şemberas arasında keçirilən görüşdən sonra verilib.

Tərəflər açıq müzakirədən sonra qarşılıqlı razılıq əsasında Yankauskasla müqaviləyə xitam verilməsi barədə qərar qəbul ediblər.

Yankauskas milli komandada 4 il fəaliyyət göstərib. Onun istefası haqda qərar Azərbaycan millisinə Bakıdakı məğlubiyyətdən (0:1) sonra verilib. Bu məğlubiyyət səbəbindən Litva millisinin qrupun qalibi olmaq şansı xeyli azalıb.

«Araz-Naxçıvan» tezliklə ayağını rayonlardan yığışdıracaq. «Ağ-qırmızılar» Premyer Liqada ev oyunlarını yenidən Bakıda keçirəcək.

Komanda rəqiblərini «Baku Arena»da qəbul edəcək. Muxtar Respublika təmsilçisinin rəhbərliyi bununla bağlı «Şəfa»dan olan həmkarlarıyla razılığa gəlib.

Gənclər və İdman Nazirliyinin balansındakı stadionu 10 illik icarəyə götürmüş «Şəfa» buradan «Araz»ın da istifadə etməsinə razılıq verib.

Yuri Maksimovu yaxınlarda sükan arxasına gətirmiş naxçıvanlılar ən azı mövsümün sonunadək «Baku Arena»da məskunlaşacaq.

«Araz» ötən 3 ildə Mərdəkandakı futbol qruğusundan istifadə edib.

AFFA nəzdindəki stadionu «Sabah»a satmaqla, «ağ-qırmızılar»ı yeni məkan tapmaq məcburiyyətində qoyub. Belədə komanda öncə Qəbələyə üz tutub, son olaraq isə Şamaxıya sığınıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti