Milli keçmişimizdə yeni dönəm - 10-a necə baxaq?

09:40 Milli komanda 146
Milli keçmişimizdə yeni dönəm - 10-a necə baxaq?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.

Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariq ilə üz-üzə gəlib.

B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurub.

Beləcə, qrupda 6 komanda arasında 10 xalla 5-ci olduq U-21-in Avropa çempionatının seçmə mərhələsindəki çıxışını yalnız son oyundakı 3:0 hesablı qələbə ilə qiymətləndirmək düzgün olmaz.

Cəbəllütariq üzərində qazanılan inamlı qələbə ilə seçmə mərhələni 10 xalla başa vuraraq, Azərbaycan tarixində yeni rekord müəyyənləşdirdik.

U-21 tarixində bundan əvvəl maksimum nəticə 9 xal olub. Bu göstərici 2002 və 2017-ci illərin Avropa çempionatı seçmə mərhələlərində qeydə alınmışdı.

Bu iki nəsildə sonradan Azərbaycan futbolunda mühüm rol oynayan futbolçular da vardı.

2002-ci ilin heyətində Rəşad Sadıqov, Zaur Haşimov, Aftandil Hacıyev, Samir Əliyev, Ramal Hüseynov kimi futbolçular çıxış edirdi. 2017-ci ilin heyətində isə Mahir Emreli, Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev, Budaq Nəsirov, Yusif Nəbiyev kimi futbolçular yer alırdı.

Yəni 9 xal təsadüfi rəqəm deyildi - bu, uzun illər U-21 millimizin keçə bilmədiyi hədd idi. İndi isə Rəşad Eyubovun komandası həmin sərhədi keçərək 10 xal toplayıb və Azərbaycan U-21 millisinin seçmə mərhələlər tarixində yeni rekord müəyyənləşdirib.

Bəli, Azərbaycan qrupda 5-ci pillədə qərarlaşıb. Amma bu nəticənin əhəmiyyəti ondadır ki, komanda əvvəlki maksimum göstəricini yeniləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!