Hidayət dünya çempionatında mübarizəni erkən dayandırdı

03:40 Cüdo 73
Hidayət dünya çempionatında mübarizəni erkən dayandırdı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozito ilə üz-üzə gəlib.

Rəqibinə cərimə xalları hesabına məğlub olan H.Heydərov çıxışını başa vurub.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.

Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 03:50 FIDE prezidenti Bakıdadır