"Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik"

00:50 Milli komanda 138
"Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq üzərində qazanılan qələbədən (3:0) sonra fikirlərini bildirib:

Sportinfo.az xəbər verir ki, mütəxəssis komandanın seçmə mərhələdəki çıxışını yüksək qiymətləndirib:

“İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Çətin bir tsikl keçirdik.

Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik. Bu reallıqda bu, yaxşı nəticədir.

Qrupdakı komandalara qarşı yaxşı nəticələr əldə etdik. Şotlandiya ilə səfər matçının nəticəsinə görə üzülürük. Düşünürəm ki, hesab bu cür olmamalı idi”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 03:50 FIDE prezidenti Bakıdadır