Tanınmış rusiyalı topu onun üzünə vurdu, diskvalifikasiya olundu - VİDEO

15:20 Digər növlər 110
Tanınmış rusiyalı topu onun üzünə vurdu, diskvalifikasiya olundu - VİDEO

Tanınmış rusiyalı tennisçi Daniil Medvedev Pekin turnirinin yarımfinal matçında diskvalifikasiya edilib.

Sportinfo.az xəbər verir ki, buna idmançının kortda törətdiyi insident səbəb olub.

Belə ki, Novak Cokoviçə qarşı keçirilən qarşılaşmanın ikinci setində D. Medvedev əsəblərinə hakim ola bilməyərək topu güclü zərbə ilə tribunaya tərəf vurub. Nəticədə top azarkeşlərdən birinin üzünə dəyib.

Xəsarət alan şəxs dərhal tibbi yardım göstərilməsi üçün ərazidən aparılıb. Qaydaları kobud şəkildə pozan tennisçi isə hakimin qərarı ilə yarışdan kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti