"Bu nəsil böyük uğurlara imza ata bilər" - Andres İnyesta

15:40 Dünya futbolu 106
"Bu nəsil böyük uğurlara imza ata bilər" - Andres İnyesta

İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta yığmanın hazırkı futbolçuları barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, “Barselona”nın keçmiş futbolçusu, həmçinin, İspaniya millisinin 2026-cı il dünya çempionatındakı çıxışını da dəyərləndirib:

“İspaniya millisinin dünya çempionatında qələbəsini tribunadan izləmək möhtəşəm hiss idi. Bu nəsil böyük uğurlara imza ata bilər.

Komandanın əsas heyətinin böyük hissəsi hətta 6 ildən sonra da oynaya biləcək vəziyyətdə olacaq. Bu, bizim üçün çox müsbət məqamdır”.

İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentina yığmasını əlavə vaxtda Ferran Torresin vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti