“Təzyiqlərə fikir vermədik”

02:10 Milli komanda 118
“Təzyiqlərə fikir vermədik”

“Məşqçilər heyəti bizi çox inandırdı, motivasiya verdi. Biz də heç nəyi düşünmədik”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Rüfət Abbasov deyib.

O, UEFA Millətlər Liqasının 3-cü turunda Litva üzərində 1:0 hesablı qələbədən danışıb. Komandanın Lixtenşteynlə heç-heçədən sonra yalnız qalibiyyət barədə düşündüyünü söyləyib.:

“Təzyiqlərə fikir vermədik. Yalnız qələbə barədə fikirləşirdik.

Qələbəmizi də qazandıq. Bəli, mental olaraq,

Lixtenşteyn oyunundan sonra komandada bir az çöküş var idi. Amma yenə deyirəm, komanda olaraq toparlandıq, özümüzə inandıq”.

Sofascore platformasında matçın ən yaxşısı seçilməsinə münasibət bildirən R.Abbasov deyib:

“İstəyirəm, hər oyunda əlimdən gələnin ən yaxşısını bütün ölkəm üçün edim. Çünki biz xalqımız və bayrağımız üçün oynayırıq. Bu da həqiqətən bizim üçün əlavə motivasiyadır”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 03:50 FIDE prezidenti Bakıdadır