"Mən məhz buna görə buradayam" - "Sabah"ın nigeriyalı hücumçusu

26 Noyabr 2022 21:00 Sabah 588
"Mən məhz buna görə buradayam"  - "Sabah"ın nigeriyalı hücumçusu

"Qol vurmaq çox gözəl hissdir".

Bunu Sportinfo.az-a açıqlamasında "Sabah"ın forvardı Emmanuel Apeh deyib.

"Qaradağ Lökbatan"la kubok matçında hettrik edən nigeriyalı bunu bacaran ilk oyunçu kimi, həm də klub tarixinə düşmüş oldu.

O, klubun tarixinə düşdüyü üçün şad olduğunu dilə gətirib:

"3 qol vurduğuma və klubun tarixinə düşdüyümə görə çox şadam. Dediyim kimi, qol vurmaq həmişə xoşdur. Lakin mən məhz buna görə buradayam.

Amma onu da deyim ki, hər şeydən önəmli komandanın qələbəsidir. Şadam ki, bu görüşdə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti