"Sabah"dan maraqlı addım

19 Sentyabr 03:20 Sabah 487
"Sabah"dan maraqlı addım

Premyer Liqanın VII turunda "Sabah" "Turan Tovuz"u qəbul edib.

Sportinfo.az xəbər verir ki, oyunda "Soldati di Sabah" azarkeş qrupu maraqlı təşəbbüslə çıxış edib.

Belə ki, "Sabah"ın fan-klubu görüşü "Gənc Fənərbaxçalılar" azarkeş qrupu ilə birgə izləyib.

Oyun zamanı isə azarkeşlik etdikləri komandanın lehinə heç bir şüar səsləndirilməyib, əvəzində, Ermənistanın son təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizin adları və vətənpərvərlik mövzulu şüarlar səsləndirilib.

Bundan əlavə, azarkeşlər tribunadan "Ya Qarabağ, ya ölüm!" və "Mövzu Vətəndirsə, hamımız bir yumruğuq" yazılı bannerlər asıblar.

Qarşılaşma bitdikdən sonra isə "Sabah"ın futbolçuları və azarkeşlər hərbi salam verməklə şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Oyunda "Sabah"ın ikinci qolunu vuran Coy-Lens Mikels də qolunu məhz hərbi salamla qeyd edərək, öz dəstəyini də nümayiş etdirib.

Bank Respublika Arena"da keçirilən matç meydan sahiblərinin 3:1 hesablı qələbəsilə nəticələnib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar