Azərbaycan millisinin üzvünə ölkə xaricindən TƏKLİF VAR - SON DƏQİQƏ

27 Yanvar 2022 13:00 Sabah 2 506
Azərbaycan millisinin üzvünə ölkə xaricindən TƏKLİF VAR - SON DƏQİQƏ

Azərbaycan milli komandasının və "Sabah"ın üzvü Bəxtiyar Həsənalizadə qış fasiləsində komandasını dəyişə bilərmiş.

Belə ki, Qazaxıstan klubu futbolçumuza rəsmi təklif göndərib. Təklifdən sonra futbolçu və rəhbərlik arasında görüş baş tutub.

Səmimi müstəvidə keçən görüşdə "Sabah" rəhbərliyi və baş məşqçi Murad Musayev Bəxtiyarın komandada qalmasını məsləhət biliblər.

Rusiyalı mütəxəssis qış fasiləsindən sonra avrokubokları hədəfləyən komandasından əsas müdafiəçinin ayrılmasını heç cür yaxın buraxmayıb.

Təcrübəli oyunçu bu mövsüm "Sabah" formasında 13 oyun keçirib və 1 qol vurmağı bacarıb.

29 yaşlı müdafiəçinin "Sabah"la müqaviləsi yaya kimidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti