Uğurlu seriyanın gətirdiyi uğursuzluq - "Sabah"da

1 Dekabr 2021 22:20 Sabah 1 418
Uğurlu seriyanın gətirdiyi uğursuzluq - "Sabah"da

Uğurlu seriyasını bu həftə "Keşlə" üzərindəki qələbə (2-1) ilə 5 matça çatdıran "Sabah"ın son nəticiləri göz oxşayır.

Amma zədəlilərlə bağlı vəziyyət tam tərsinədir. Belə ki, "Zirə" ilə oyunda zədələnın Kristian Sebalyos hələ də məşqlərə başlamayıb.

Zədə səbəbindən "Keşlə" ilə oyunu buraxan Səlahət Ağayev və Coy Lens Mikelsin də durumu yaxşı deyil. Səlahət ümumiyyətlə məşqlərə başlamayıb.

Almaniyalı Mikels isə fərdi məşqlərə başlasa da hələ tam hazır deyil.

Hər üç futbolçunun da bu həftə "Qarabağ"la baş tutacaq oyuna kimi hazır olmaları sual altındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar