3 illik müqavilə, yeni transer büdcəsi – Azərbaycana gələn məşqçinin niyyəti: SON DƏQİQƏ

25 Oktyabr 2021 10:40 Sabah 1 982
3 illik müqavilə, yeni transer büdcəsi – Azərbaycana gələn məşqçinin niyyəti: SON DƏQİQƏ

«Krasnodar»ın sabiq baş məşqçisi Murad Musayevin Azərbaycanda çalışıb-çalışmayacağı bu gün tamamilə dəqiqləşəcək.

İki gün öncə Bakıya gələn rusiyalı mütəxəssis «Sabah»ın təmsilçiləri ilə görüşüb, klubun Masazırda yerləşən bazasıyla tanış olub.

Yaradılan şəraitdən və ümumi məqsədlərdən razı qalan məşqçinin bu gün daha üst səviyyədə qəbul edilməsi nəzərdə tutulur.

Burada isə onunla yaxın gələcək konteksində hərtərəfli danışıqlar aparılacaq.

Apreldə sonuncu iş yerindən ayrılan Musayev «Sabah»da uzun müddət qalmaq niyyətindədir. «Pro» kateqoriyalı çalışdırıcı 3 illik (2+1) müqavilə imzalamaq arzusundadır.

Onun digər bir niyyəti qış fasiləsində transfer büdcəsinin ayrılmasına nail olmaq, həmçinin əsas heyətdə düşünmədiyi bəzi legionerləri yola salmaqdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti