“Sabah” Ruslan Abışovun son xəbərini verdi

4 İyun 2021 11:00 Sabah 1 588
“Sabah” Ruslan Abışovun son xəbərini verdi

“Sabah” Ruslan Abışov la yollarını ayırıb.

Sportinfo.az Masazır təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Kapitan 2019-cu ilin yayında "Neftçi"dən "Sabah"a keçib. Klub Abışova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışan müdafiəçi bir müddət komandanın kapitanlıq sarğısını daşıyıb. Lakin müdafiəçi zədə və digər səbəblərdən əsasən ehtiyat skamyada qalıb.

Abışov “Sabah”dakı iki mövsümdə Premyer Liqada cəmi 13 matç keçirib. Son çempionatda isə 28 turun yalnız beşində meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi