Azərbaycan klubunda debütant - FOTO

6 May 2021 14:20 Sabah 1 071
Azərbaycan klubunda debütant - FOTO

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sumqayıt” – “Sabah” matçı “Sabah”ın gənc futbolçusu Abdulla Xaybulayev üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Sabah”ın 2:0 qalib gəldiyi görüşdə yüksək liqada ilk oyununa çıxıb.

Abdulla qarşılaşmanın 90+4-cü dəqiqəsində Mario Marinanı əvəzləyərək Premyer Liqada debüt edib.

“Sabah” Premyer Liqada 5-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda